Bakı sakinindən 4 kiloqram narkotik götürülüb

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini C.Əliyev Səbail rayonu ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 4 kiloqram 10 qram heroin və 1 ədəd plastik kart aşkar edilərək götürülüb.