Bakıda 62 yaşlı qadını avtomobil vurub

 05:39 27.08.2021     256

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1960-cı il təvəllüdlü Ağayeva Xuraman Şirəli qızını vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.