Bakıda evdə yanğın olub

 11:51 27.08.2021     111

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 250 m² olan birmərtəbəli bir dam altında tikilən 2 ailənin yaşadığı evlərdən sahəsi 160 m² olan 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 140 m² sahədə yanıb.

Redaktor.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.