Şəkidə iki avtomobil toqquşub - Xəsarət alanlar var / FOTO

 13:23 27.08.2021     128

Şəki şəhərində yol qəzası olub.

Redaktor.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəki-Oğuz avtomobil yolunun Şəki şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki şəhər sakini Pərviz İsmayılovun idarə etdiyi "Ford" markalı avtomobillə və Şamaxı rayon sakini Ramazan Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub.

Qəza nəticəsində 23 yaşlı R.Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. //Report.az

222222