Zərdabda ruhi xəstə intihar etdi

 18:56 27.08.2021     112

Zərdab rayon sakini 1965-ci il təvəllüdlü Babayev Valeh yaşadığı evdə intihar edib.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin Həsən bəy Zərdabi küçəsində qeydə alınıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Özünə qəsd edən şəxsin ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.