Yevlaxda minik avtomobili ilə motosiklet toqquşub - Yaralılar var

Yevlaxda minik avtomobili motosikletlə toqquşub.
Redaktor.az-ın məlumatına görə, hadisə Yevlax şəhərində baş verib.
Minik avtomobilinin motosikletlə toqquşması nəticəsində 1969-cu il təvəllüdlü motosikletçi Göyüşov Qorxmaz Çoban oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. //APA