Qubada iki avtomobil toqquşub - Xəsarət alanlar var

Quba rayonunda yol qəzası baş verib.
Redaktor.az-ın məlumatına görə, hadisə Quba-Qonaqkənd yolunun giriş hissəsində qeydə alınıb.
Belə ki, işıqfor quraşdırılmış yol kəsişməsində iki avtomobil toqquşub, nəticədə 5 nəfər xəsarət alıb. Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır. //Report.az