Samuxda avtomobil piyadanı vuraraq öldürüb

Samux rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Redaktor.az-ın məlumatına görə, hadisə Çobanabdallıda qeydə alınıb.
Avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1964-cü il təvəllüdlü Natiq Xəlilovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb. //Report