Ağstafada avtomobil piyadanı vuraraq öldürüb

 08:44 29.08.2021     329

Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Redaktor.az-ın məlumatına görə, hadisə Ağstafa şəhərində qeydə alınıb.

Avtomobil yolu qarşı tərəfə keçən piyada, 1936-cı il təvəllüdlü Mahmudov Cahangir İsrafil oğlunu vurub. O, ağır xəsarətlərlə xəstəxanaya aparılıb. Lakin yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.