Gəncədə 25 yaşlı oğlan bıçaqlanıb

 20:40 29.08.2021     90

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, 1996-cı il təvəllüdlü Əmrahov Elnur Elman oğlu çoxsaylı bıçaq xəsarətləri alıb.

Yaralı ətrafdakı insanların yardımı ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb və əməliyyat edilib.

Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.