Bakıda dönərxanada yanğın olub - FHN

Bakıda yanğın hadisəsi olub.
Redaktor.az xəbər verir ki, Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 20 m² olan dönərxanada 5 m² sahədə tavan və bir ədəd soyuducu yanıb.
Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.