Salyanda yeniyetmə Kür çayında batıb

 07:30 29.08.2021     235

Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində bir nəfər batıb.

Redaktor.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Baxışov Emil Əziz oğlunun batması barədə məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olub.

Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.