Barda mühafizəçi müştərini döyə-döyə öldürüb - Bakı

 11:11 30.08.2021     711

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə alınıb.

Belə ki, “Berlin pub” klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunu döyərək qətlə yetirib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanılıb. O.Şahbazov saxlanılıb. //APA

Xanlarova ailəsində ağır itki

 11:18 30.08.2021     1514

"Koronavirusa qardaşımın həyat yoldaşı yoluxmuşdu və peyvənd olunmadığı üçün çox ağır keçirərək, dünyasını dəyişdi".

Redaktor.az xəbər verir ki, bunu Əməkdar artist Mehriban Xanlarova deyib.

O bu ağır itkisindən danışaraq insanları vaksin olunmağa dəvət edib. Belə ki, sənətçi vətəndaşları "internetdə yayılan miflərə, yalan məlumatlara inanmamağa" çağırıb.

"Kim COVİD-19 virusunun olduğuna inanmırsa, xəstəxanalara gedib öz gözü ilə, bu xəstəliyə yoluxanların hansı əziyyəti çəkdiklərini görə bilər", - o əlavə edib.

Qeyd edək ki, M.Xanlarova Xalq artisti Zeynəb Xanlarovanın qardaşı qızıdır. //Ölkə.az

Vumart və Güvən reklamı Vumart Güvən