Bakının mərkəzində iki maşın toqquşub - Yaralılar var

 13:35 30.08.2021     103

Bakıda ağır yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, paytaxtın Səbail rayonunda “Kamaz” markalı yük avtomobili və “Toyota” markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.