Hacıqabulda ağır yol qəzası - 1 ölü, 5 yaralı var

 23:14 30.08.2021     111

Hacıqabulda yol qəzasında ölən və yaralananların adları məlum olub.

Qəzasında xəsarət alan sərnişinlərdən biri – Saatlı sakini, 1959-cu il təvəllüdlü Ağayev Güləhməd Xanaəhməd oğlu xəstəxanaya çatdırılarkən yolda ölüb.

Qəzada digər xəsarət alan, İmişli rayonu, Boççalılr kənd sakinləri, 1986-cı il təvəllüdlü Quliyeva Esmira Nadir qızı, 2016-cı il təvəllüdlü Bayramov Hüseyn Mövsüm oğlu, 1980-ci il təvəllüdlü Bayramov Mövsüm Camal oğlu (əməliyyata götürülüb), İmişli rayonunun Yalavac kənd sakini, 1968-ci il təvəllüdlü Əliyev Hacıbala Polad oğlu və Saatı rayonunun Potubəyli kənd sakini, 1960-cı il təvəllüdlü Mikayılov Rzalı İsmayıl oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

20:48

Hacıqabul-Horadiz yolunun Hacıqabul şəhəri ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az məlumatına görə, iki "Mercedes" markalı avtomobil toqquşub.

Nətcədə bir nəfər ölüb, 6 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. //APA

222