Lənkəranda kişini maşın vuraraq öldürüb

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Bürcəli kəndi ərazisində qeydə alınıb. Həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Zaur Sənan oğlu Ağayevi avtomobil vurub.
Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin kim tərəfindən və hansı avtomobillə törədildiyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır. //APA