Şəkidə minik avtomobili aşıb - Xəsarət alanlar var

 09:48 31.08.2021     285

Şəkidə minik avtomobili aşıb.

Redaktor.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəkinin Oraban kəndindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan “Lada Priora” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində xəsarət alanlar var. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.