Qobustanda piyadanı avtomobil vurub

Qobustan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az-ın məlumatına görə, hadisə Qobustan rayonu ərazisində qeydə alınıb.
Avtomobil yolu keçən 1979-cu il təvəllüdlü Həsrətova Xatirə Müzəffər qızını vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır. //Report