Bakıda ər-arvad peyvənd olunmaq üçün poliklinikanın şüşəsini sındırdı - FOTO

 12:09 01.09.2021     107

Səhiyyə Nazirliyi Bakıda vaksin olunmaq istəyən vətəndaşın poliklinikanın qapısının şüşəsini sındırması ilə bağlı açıqlama verib.

 

Redaktor.az-ın məlumtına görə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, hadisə avqustun 31-də axşam saat 18:40 radələrində baş verib.

 

"Növbədə dayanan vətəndaşlardan bir neçəsi sosial məsafənin qorunması üçün növbəli şəkildə tibb müəssisəsindən içəri buraxılır və qapı bağlanır. Həmin şəxs və həyat yoldaşı poliklinikanın qapısını sındıraraq içəri daxil olub və 3 həkimə xəsarət yetirib. Faktla bağlı artıq hüquq mühafizə orqanlarına rəsmi müraciət olunub", - məlumatda qeyd edilib (report.az)