Azərbaycanda koronavirusdan sağalanlar yoluxanları üstələdi - 41 nəfər vəfat etdi

 18:17 01.09.2021     317

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3845 yeni yoluxma faktı qeydə alınıb, 3876 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 428 736 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 370 002 nəfər müalicə olunaraq sağalıb, 5 677 nəfər vəfat edib, aktiv xəstə sayı 53 057 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 102, ötən müddət ərzində isə ümumilikdə 4 481 039 test icra olunub.