Göygöldə avtomobil aşıb - - Sürücü ölüb

 19:25 01.09.2021     819

Göygöl rayonunda ölümlə nəticələn yol qəzası baş verib.

Redaktor.az-ın xəbərinə görə, qəza Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Sürücü 1990-cı il təvəllüdlü Hüseynli Ayxan Arzu oğlu xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır. //APA