Özünü TV əməkdaşı kimi təqdim edən şəxs barədə ARAŞDIRMA APARILIR

 19:41 01.09.2021     1396

Bərdə rayon sakini Fəxri Əliyevin özünü televiziyalardan birinin əməkdaşı kimi təqdim edərək ayrı-ayrı şəxslərdən pul tələb etməsi barədə Ağdam Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Hazırda daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən