İqbal Ağazadənin müavinin qızı və qardaşı oğlu yoxa çıxıb - Polis hər yerdə axtarır...

 21:02 01.09.2021     929

Daxili İşlər Nazirliyi  (DİN) "Ümid" partiyasının sədr müavini Tamilla Qulaminin qızı və qardaşı oğlunun itkin düşməsi ilə bağlı açıqlama verib.

Redaktor.az-ın məlumatına görə, DİN-nin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, Tamilla Qulaminin 15 yaşlı qızı Aişə Məmmədli və 12 yaşlı qardaşı oğlu Famil Qulaminin yoxa çıxması barədə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bolməsinə məlumat daxil olub. Hazırda həmin şəxslərin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. //APA