Qazaxda ağır yol qəzası olub - Yaralılar var

Qazax rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Redaktor.az-ın məlumatına görə, hadisə Daş Salahlı kəndində qeydə alınıb.
İki avtomobilin toqquşması zamanı 3 nəfər - 23 yaşlı Bəhram Qurbanov, 49 yaşlı Ziyad İmamquluyev və 32 yaşlı Səyyad Pənahov müxtəlif xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb. //Report