Bakıda restoranda yanğın baş verib

 02:58 02.09.2021     317

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, paytaxtın Xətai rayonunda ümumi sahəsi 300 m² (hər mərtəbəsi 100 m²) olan restoran kimi fəaliyyət göstərən üçmərtəbəli binanın birinci mərtəbəsində 1 ədəd məişət avadanlığı yanıb. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.