"Mərdəkan" və “Bilgəh”də batan şəxslər xilas edilib - FHN

Bu gün "Mərdəkan" və “Bilgəh” sularında xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.
Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.
Xilasetmə əməliyyatını FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti həyata keçirib.