Goranboyda iki maşın toqquşdu - Xəsarət alan var

Goranboyda yol qəzası olub.
Redaktor.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Dəliməmmədli şəhəri yaxınlığından keçən hissəsində baş verib.
Biri “Mercedes” markalı olmaqla iki minik avtomobili toqquşub. Xəsarəti daha ciddi olan 1965-ci il təvəllüdlü Dəliməmmədli sakini Əsədova İlhamə Yaşa qızı Gəncə şəhər klinikasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır (apa).