SON DƏQİQƏ: Bakıda mənzildə partlayış olub - Yaralılar var

 16:26 02.09.2021     763

Bakıda partlayış hadisəsi baş verib.

Redaktor.az-ın xəbərinə görə, hadisə Nizami rayonu E.Süleymanov küçəsində qeydə alınıb.

Belə ki, çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərin birində qaz balonu partlayıb. Nəticədə ana və övladı xəsarət alıb.

İlkin məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib.

Nizami Rayon Prokurorluğundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Nizami rayonu ərazisində çoxmərtəbəli binada baş verən partlayış nəticəsində iki nəfər şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hazırda araşdırma aparılır. //Report