Azyaşlıları maşın vurub - Ağstafa

Ağstafada piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.
Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Aşağı Kəsəmən kəndində qeydə alınıb.
Hərəkətdə olan yük maşını iki azyaşlını vurub. 10 yaşlı Məmmədova Nuray Abdulnasir qızı hadisə yerində ölüb, 5 yaşlı Hüseynova Aysel Elmir qızı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. //APA