Bakıda bir-birinə bitişik iki ev yanıb

 22:13 02.09.2021     338

Paytaxt Bakıda bir-birinə bitişik iki ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 180 m² olan tikintisi başa çatmayan ikimərtəbəli evin birinci mərtəbəsində 1 otağın və dəhlizin yanar konstruksiyaları 50 m² sahədə, mərtəbələr arasında taxta atmalar 15 m² sahədə, bitişik ümumi sahəsi 90 m² olan birmərtəbəli evin 1 otağının tavanı 1 m² sahədə yanıb.

Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.