İmişlidə evi tərk edən koronavirus xəstəsi saxlanıldı

 09:22 03.09.2021     579

İmişli rayonunda yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Redaktor.az-a verilən məlumata görə, İmişli rayonu Otuziki kənd sakini Yavər Zülfüqarova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin adı çəkilən şəxs yaşayış yerini tərk edərək rayon mərkəzinə gəlmiş və digər insanlar üçün real təhlükə yaratmışdır.

Polis şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan Y.Zülfüqarovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınmış və o, təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilmişdir.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün İmişli RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.