Sabunçuda ev yanıb, xəsarət alanlar var

 22:29 03.09.2021     208

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 45 m² olan birmərtəbəli evdə kağız və parça tullantıları 1 m² sahədə, evin çöl divarına quraşdırılan 1 ədəd elektrik sayğacı qismən və hasara quraşdırılan 1 ədəd qaz sayğacı yanıb.

Bu barədə Redaktor.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.