Tovuzda evi tərk edən COVID-19 xəstələri saxlanıldı

 11:08 04.09.2021     459

Tovuzda yaşayış yerini tərk edən koronavirus xəstəsi olan ailə üzvləri məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakinləri Faiq Qocayev və onun həyat yoldaşı Sadəgül Qocayeva ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadıqları evi tərk etmələri aşkar edilib.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə hər iki şəxsin yerləri müəyyən edilərək yaşadıqları evə göndərilib.

Fakla bağlı araşdırmalar davam etdirilir.