Qəbələdə iki qardaşdan silah-sursat götürülüb

 20:04 04.09.2021     387

Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən 2 ədəd nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngləri, 7 ədəd patron, 1 ədəd patron darağı, 1 ədəd bıçaq və 2 ədəd fənər götürülüb.