İmişlidə 32 yaşlı kişi bıçaqlanıb

 06:18 05.09.2021     690

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. //Report