Saray qəsəbəsində yaşayış evi yanıb

Abşeron rayonunun Saray qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin döşəməsi 6 m² sahədə yanıb, yüksək temperaturdan dəhlizin və hamam otağının lambirindən ibarət tavanı 25 m² sahədə əriyib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.