Qusar sakini ehtiyatsızlıqdan özünü güllələyib

 14:16 06.09.2021     1251

Sentyabrın 4-də saat 18 radələrində Qusar rayonunun Yuxarı Tahircal kəndi ərazisində kənd sakini E.Vəliyevin tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb.

Bu barədə Redaktor.az-ın Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, xəstəxanaya yerləşdirilən E.Vəliyevin vəziyyəti orta-ağırdır.

Polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.