Ağdaşda iki yeniyetmə qız kanalda boğuldu

Bu gün Ağdaş rayonu ərazisindən keçən suvarma kanalında boğulan iki azyaşlının axtarışlarının aparılması üçün Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət daxil olub.
FHN-dən verilən Redaktor.az-a məlumata görə, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Həyata keçirilən axtarış tədbirləri nəticəsində 2006-cı il təvəllüdlü Niftəliyeva Arifə Ceyhun qızı və 2008-ci il təvəllüdlü Usubova Fatimə Ədalət qızının meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.