Sumqayıda salondan oğurluğun qarşısı alındı

 18:18 06.09.2021     5103

Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı oğurluq cəhdinin qarşısı alınıb.

Redaktor.az-ın məlumatına görə, Sumqayıt şəhər 5-ci məhəllədə yerləşən kişi salonundan gələn siqnal əsasında mühafizə idarəsinin əməkdaşları hərəkətə keçib. Baxış zamanı məlum olub ki, obyektə kənar şəxs daxil olub.

Həmin şəxs saxlanılaraq aidiyyatı üzrə polis bölməsinə aparılıb. Araşdırma zamanı məlum olub ki, oğurluğu törətmək istəyən şəxs Sumqayıt şəhər 12-ci mikrorayon ev 43-də yaşayan 1994-cü il təvəllüdlü Elçin Əli oğlu Vahabovdur.

Qeyd edək ki, Elçin Vahabov əvvəllər də bir neçə dəfə məhkumluq həyat yaşayıb. //APA