Sumqayıtda beşmərtəbəli binada yanğın olub

 20:11 06.09.2021     179

Sumqayıtda yanğın hadisəsi olub.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində qeydə alınlb. Ümumi sahəsi 60 m² olan mənzildə divan, kreslo, televizor, yataq dəsti və divar üzlüyü 0,5 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.