Bakıda avtomobil 51 yaşlı qadını vurdu

 06:22 07.09.2021     537

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Sadıqova Nailə Abbas qızı yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı N.Sadıqovaya açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. //Report