Sumqayıt sakinlərindən "patı” aşkar edildi

 21:12 07.09.2021     381

Sumqayıt polisinin şəhər ərazisində həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb.

Redaktor.az-ın məlumatına görə, şəhər sakinləri - əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına görə 10 il məhkumluq həyatı yaşamış Adıgözəl Ağagülov, əvvəllər məhkum olunmuş Tural Biləndərli, Ariz Babayev, Ruslan Ağayev, Ceyhun Qənbərov və Nemət Məmmədov saxlanılaraq istintaqa cəlb ediliblər.

Saxlanılan şəxslərin üzərinə keçirilən baxış zamanı müxtəlif bükümlərdə ümumi çəkisi 120 qrama yaxın heroin və 11 qram psixotrop maddə olan "patı” kimi tanınan metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

22