Bakıda avtomobil piyadanı vurdu

 01:56 08.09.2021     1823

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1961-ci il təvəllüdlü Abışov Rizvan Sədrəddin oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.