Salyanda avtomobil kanala aşdı - Xəsarət alanlar var

 18:59 08.09.2021     1682

Salyanda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Çuxanlı kəndində qeydə alınıb. Hərəkətdə olan “Jiquli” markalı avtomobil anidən idarəetməni itirib və yolun kənarındakı kanala aşıb.

Qəza nəticəsində Salyan rayon sakinləri, 1985-ci il təvəllüdlü Heybətov Turan Rafiq oğlu və 1985-ci il təvəllüdlü Ələkbərov Əfqan Samid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.