Qazaxda bir ailənin 4 üzvü döyüldü- - SƏBƏBİ İSƏ...

 08:29 09.09.2021     670

Qazaxda döyülmə faktı qeydə alınıb.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Babək küçəsində qeydə alınıb.

1977-ci il təvəllüdlü Binnətova Elyana Tofiq qızı, 2005-ci il təvəllüdlü Binnətova Rəna Anar qızı, 1952-ci il təvəllüldü Binnətova Rəsam Bəxtiyar oğlu və 1979-cu il təvəllüldü Binnətova Vüsalə Rəssam qızı döyülmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dəhal onlara lazımi tibbi yardım göstərilib, vəziyyətlərin kafi olduğu bildirilir.

İlkin məlumata görə, xəsarət alan şəxslər bir ailənin üzvüləridi. Onlar öz aralarında mülk üstdə dava ediblər.

Faktla bağlı araşdırma aparılır