Bakıda kütləvi davanın görüntüləri yayıldı - VİDEO

 16:29 09.09.2021     419

Bakının Nərimanov rayonunda əlbəyaxa dava baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, hadisə “Nərimanov” metrostansiyası yaxınlığında, dönərxanalardan birinin qarşısında qeydə alınıb. 

Bir qrup şəxs gecə saat 03:00 radələrində əlbəyaxa dava edərək asayişi pozublar. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, yayılan görüntülərdə əks olunan mübahisənin təfərrüatları ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. //Oxu.az