Polis Qubada ağır cinayətin üstünü açdı

 16:38 10.09.2021     1157

Polis daha bir ağır cinayətin açılmasını təmin edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun Redaktor.az-a bildirdiyinə görə Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində ağır cinayətin açılması təmin olunub, həmin cinayəti törətməkdə şübhəli bilinən Şöhrət Mürsəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Avqustun 23-də   Quba rayon sakini  Zeydulla Əzizov müxtəlif xəsarətlərlə Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, avqustun 30-da isə həkimlərin səylərinə baxmayaraq vəfat edib.

Aparılan tədbirlərlə Z.Mustafayevlə aralarında yaranmış münaqişə zəminində ona çoxsaylı bədən xəsarətləri yetirmiş  Ş.Mürsəliyev saxlanılıb.

Hazırda cinayət işi üzrə istintaq aparılır.  

 

Vumart və Güvən reklamı Vumart Güvən