Bu xəstəxananın vəzifəli şəxslərinə cinayət işi AÇILDI

 17:22 10.09.2021     1329

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində qanunsuz olaraq “COVİD-19” pasportunun verilməsi barədə daxil olmuş məlumat üzrə Qazax Rayon Rrokurorluğunda araşdırma aparılıb.

Rayon prokurorluğundan Redaktor.az-a bildirilib ki, araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən müxtəlif məbləğlərdə pul müqabilində ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda saxta “COVİD-19” pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanmışdır.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.