İmişlidə iki avtomobil toqquşdu - Yaralılar var

 22:52 10.09.2021     427

İmişlidə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Z.Əliyeva küçəsində qeydə alınıb. Belə ki, “VAZ-2106” markalı avtomobillə “Opel” markalı avtomobil toqquşub. Qəza nəticəsində İmişli şəhər sakini, 1973-cü il təvəllüdlü İbrahimov Davud Rahim oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.