Xaçmazda 1 tondan artıq çətənə kolu məhv edildi

 12:59 11.09.2021     456

Polis əməkdaşları tərəfindən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyatla Niyazabad kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1 ton 230 kiloqram olan 1675 ədəd çətənə kolu aşkar edilib.

Toplanan narkotik tərkibli bitki məhv edilib.